Eluca Atali
Editoryal
26 Aralık 2025

Əldən başlayır düşüncənin həbsi

Yazar Eluca Atali
Tüm Arşivi Gör

(Güney Azərbaycan şairi Rəsul Əlizadəyə)

İki qolumdan tuturlar...

Anladınız kimlərdir?

Anlamazsınız, əgər görməmisinizsə

Gecə yarısı toyuq hininə girən

hiyləgər tülkü kimi

gecədən keçmiş

türk evinə qapı döymədən

oğru kimi soxulub evin ortasında peyda olan

bütün varlığı ilə sənə hakimliyini həyəsızcasına

üzünə hırıldayaraq sübut edən

xomeynizmin burnundan

hop edib qarşıma düşmüş

molla gizlin polisiydı

birbaşa yataq otağımda zühur edən.

Hoppanıb dik atılıram,

Saq-sol qoluma girib çəkirlər qapıya doğru,

Başımı geri döndərirəm,

oğlum gülümsəməyində israrlı...

Əl edir arxamca toppuş əlləriylə,

Hərəkətsizliyim dondurur gülüşünü

Əli havada qalır başının üstə!

Ona cavab verəsi əlimi...

Ah, körpəcəm, anlamaz ki,

Atasının zindan həyatı

Əllərindən başladı...

Yad dildə azadlıq nəğməsi

              Çeçen mücahidi

              azadlıq nəğməsi oxuyur

              rus dilində!

              Düşünürəm, görəsən, neçə kilometr qalıb

              mücahidin azadlığa çatmasına?

              Çaşma dostum,

              bu bir riyazi məsəl deyil...

              At əlindəki kilometr sayğacını!

              Boş əlinlə dur bu yolun

              başlanğıc nöqtəsində

              Bax irəli, lap irəli,

              sil eynəyindəki dumanı, tozu.

              Yaxşı bax gedən mucahidin addımlarına.

              Təyin et onun sürətin

              öz içindəki haqqın

              Mütləq ölçüsüylə!..

              Yalnız onda hesablaya bilərsən

              mücahidin mənzilinə çatacaq 

              O müqəddəs nöqtəni!..

              .....

              Mücahid yerində addımlayırdı

              durduğu dairə içində...

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle