Düşün ki, həyat bizi elə nöqtəyə gətirir ki,öz həyatımızı yalnız atdığımız addımlardan asılı sanırıq.Halbuki əslində biz həmin addımların əsirinə çevrilmişik. Xoşbəxtlik bəzən insanı özünə aparan ən uzun,ən kədərli yollardan keçir.
Bütün arzularımızda “kaş ki,quş olub,bir nəfəsdə məsafələri aşardım”dediyimiz bu balaca sətirdə,əslində təhlükəsini iliklərimizə qədər hiss etdiyimiz halda buna baxmayaraq bizə xoşbəxt miniklər,enişlər bəxş edən o iki qanadlı, cansız bir əşyanın içində özümüzü nə qədər xoşbəxt hiss edirik. Bəzən insan bir ölkədən yox,bir haldan köçür. Çamadanına paltar yox, ümid yığır. Getdiyi yerin adını bilmir, amma ürəyinin orada yüngülləşəcəyinə inanır. İnsan gedəndə arxada səs qalır, tanış küçələrin səsi, uşaqlığın gülüşü, pəncərələrdən süzülən xatirələr. Amma insan bilə-bilə gedir.
Çünki qalmaq bəzən daha ağırdır…
Yeni torpaq əvvəlcə səni qəbul etmir. Susursan, baxırsan, gözləyirsən. Sözlər gec gəlir, hisslər tez. Zaman keçdikcə şəhər sənə öyrəşir, sən də ona. Və bir gün fərqinə varmadan nəfəsin dərinləşir. İnsan kök salanda bunu dərhal anlamır. Bir səhər oyandığında pəncərə yad gəlmirsə, küçə səni qorxutmursa,yoldan keçənlər sənə qəribə baxmırsa deməli ruhun yerini tapmağa başlayıb. Bəzən darıxmaq da xoşbəxtliyin bir parçasıdır. Çünki darıxmaq bağın qopmadığını göstərir. İnsan iki yer arasında bölünmür, o, iki dəfə sevməyi öyrənir. Vətən bəzən uzaqda qalan səsdir, bəzən içində susan dua…Amma xoşbəxtlik insanın ayaqlarının altında hiss etdiyi torpaqdadır. Harada ruh sakitdirsə, insan orada azad olur.
Təəssüf ki, hekayə burada susur,amma yol yox…
Çünki yol hələ danışacaq çox sözə, olduğum məkanlar isə hələ adını demədiyim hisslərə sahibdir.
İki Gökyüzü Arasında…
Düşün ki hayat bizi öyle bir noktaya getirir ki, kendi hayatımızın yalnızca attığımız adımlara bağlı olduğunu sanırız. Oysa aslında biz, o adımların esiri olmuşuzdur. Mutluluk bazen insanı kendine götüren en uzun, en hüzünlü yollardan geçer.
Bütün hayallerimizde “keşke kuş olup tek bir nefeste mesafeleri aşa bilseydim” dediğimiz o küçük cümlenin içinde, aslında tehlikesini iliklerimize kadar hissettiğimiz halde, buna rağmen bize mutlu yükselişler ve inişler armağan eden o iki kanatlı, cansız nesnenin içinde kendimizi ne kadar mutlu hissederiz. Bazen insan bir ülkeden değil, bir hâlden göçer. Valizine kıyafet değil, umut doldurur. Gittiği yerin adını bilmez ama kalbinin orada hafifleyeceğine inanır. İnsan giderken ardında sesler bırakır; tanıdık sokakların sesi, çocukluğun gülüşü, pencerelerden süzülen anılar… Ama yine de bilerek gider.
Çünkü kalmak bazen daha ağırdır...
Yeni toprak seni önce kabul etmez. Susarsın, bakarsın, beklersin. Kelimeler geç gelir, hisler erken. Zamanla şehir sana alışır, sen de ona. Ve bir gün farkına varmadan nefesin derinleşir. İnsan kök saldığını hemen anlamaz. Bir sabah uyandığında pencere yabancı gelmiyorsa, sokak seni korkutmuyorsa, yoldan geçenler sana tuhaf bakmıyorsa; demek ki ruhun yerini bulmaya başlamıştır. Bazen özlemek de mutluluğun bir parçasıdır. Çünkü özlemek, bağın kopmadığını gösterir. İnsan iki yer arasında bölünmez; iki kez sevmeyi öğrenir.Vatan bazen uzakta kalan bir sestir, bazen içinde susan bir dua… Ama mutluluk, insanın ayaklarının altında hissettiği topraktadır. Ruhun sakinleştiği yerde insan özgür olur.
Ne yazık ki hikâye burada susar, ama yol susmaz…
Çünkü yolun anlatacak daha çok sözü, şehirlerin ise henüz adını koymadığım duyguları vardır.
Nermin Şirvanzade
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle